Səkkiz zəngin şəxsin var-dövləti dünya əhalisinin yarısının varidatına bərabərdir - Siyahı

16 Yanvar 2017 17:51 (UTC+04:00)

AzNews.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kasıblıqla mübarizə aparan təşkilatın məruzəsinə əsasən, dünyanın ən varlı 8 adamı 3,6 milyard insanının kapitalına bərabər varidata malikdir.

Planetin ən varlı insanları siyahısına “Microsoft” kompaniyasının banisi Bill Qeyts başçılıq edir. “Forbes” jurnalının məlumatına görə, onun varidatı 75 milyard dollara çatır.

Məruzədə, həmçinin “Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberqin (44,6 milyard dollar), investor Uorren Baffetin (60,8 milyard dollar), Nyu-Yorkun sabiq meri və media maqnatı Maykl Blumberqin (40 milyard dollar), “Amazon” kompaniyasının banisi Ceff Bezosun (45,2 milyard dollar), Meksikalı biznesmen Karlos Slimin (50 milyard dollar), “Oracle” transmilli korporasiyasının qurucularından biri olan Larri Elisonun (43,6 milyard dollar), həmçinin “Zara” mağazalar şəbəkəsinin banisi ispaniyalı Amansio Orteqanın (67 milyard dollar) adları var.