Vergilər Nazirliyi 70 minə qədər ödəyicinin faiz borcunu silib

16 Yanvar 2017 18:04 (UTC+04:00)

AzNews.az iReport-a stinadən xəbər verir ki, qeyd edilən tarixə 18 932 hüquqi şəxsə amnistiya təqdim edilib.

Amnistiya tətbiq edilən fiziki şəxslər siyahısında isə 50 163 nəfərin adı var.

Hüquqi şəxslərin siyahısında "Atabank" (46 402 manat), ləğvetmə prosesində olan "Atrabank" (852 manat), "Birlik Bank" (91 224 manat), "Bank Standard" (16 574 manat), "Debüt Bank" (27 283 manat), "Texnika Bank" (522 292 manat), "United Credit Bank" (8 117 manat), "Eurobank" (29 manat), "Azərsu" (13 692 458 manat), Əmlak Məsələri Dövlət Komitəsi (14 145 409 manat), "AZAL" (14 475,1 manat) və s. var.