Dünyanın ən bahalı futbolçusu məlum oldu

16 Yanvar 2017 22:22 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqə braziliyalı futbolçu Neymar başçılıq edir. Barselona klubunda çıxış edən hücumçunun transfer dəyəri 246,8 milyon avroya çatır. O, siyahının ikincisi olan komanda yoldaşı Messini 75 milyon avro qabaqlayır

Siyahının üçüncüsü "Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqbadır. Onu 155,3 milyon avroya qiymətləndirirlər.

Real Madrid klubunun hücumçusu, Qızıl topun sahibi, son Avropa çempionu Ronaldo isə reytinqin dördüncüsüdür. Reytinqin tərtibatçıları futbolçunu 126,5 milyon avroya qiymətləndirirlər.

Reytinqi tərtib edərkən futbolçunun meydanda oyunu, yaşı, vurulan qollar, futbolçunun klubla müqaviləsi, digər klublardan təkliflər nəzərə alınır.