İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşdü - Fotolar

16 Yanvar 2017 22:30 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Dövlət başçısı İlham Əliyev tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını prezident İlham Əliyevə təqdim etmişdi.