Trampdan inaqurasiya qabağı - antirekord

16 Yanvar 2017 22:48 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Gallup şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri bunu göstərir.

Araşdırmaya görə, yalnız 40% amerikalı yeni seçilmiş namizədlə razıdırlar. Halbuki, analoji sorğu Obama prezident seçilərkən də aparılmış, həmin vaxt 75% amerikalı Obamaya rəğbət bəsləyirdilər.

Sorğu 4-8 yanvarda keçirilib. ABŞ-ın 45-ci prezidentinin inaqurasiyası 20 yanvarda keçiriləcək.