Barmağında dəmir halda qaldı - FHN köməyə gəldi

16 Yanvar 2017 23:41 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarıb. Əməliyyat saat 21:24-də başa çatıb.