Bərzanidən açıqlama - İstefa vermirəm

16 Yanvar 2017 23:52 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Məsud Bərzaninin Mətbuat müşaviri Bəxtiyar Şahi bu barədə açıqlama verərək yayılan xəbərləri təkzib edib.

Məsud Bərzani, 2016-ci ildə özünə alternativ bir namizəd olduğu halda, vəzifəsini təhvil verəcəyini bildirib. Lakin, İŞİD-lə uğurlu mübarizə apardığına görə tərəfdarları onun bu fikrindən daşındırıb.

Vəzifəsinə davam edən Məsud Bərzani bu gün Davos zirvəsinə qatılmaq üçün İsveçrəyə gedib.