Rektor özünə qəsd etdi

27 Yanvar 2013 10:45 (UTC+04:00)


anspress-in məlumatına görə, hadisə Ərzurum vilayəti "Atatürk" universitetinə aid müəllimlərin yaşadığı xidməti şəhərcikdə baş verib. Məlumata görə, əvvəl dərman içərək özünü zəhərləyən, sonra vanna otağında biləklərini kəsən professor daha sonra özünü 4-cü mərtəbədəki evinin eyvanından aşağıya atıb.

Dalbadal 3 intihar cəhdinə baxmayaraq sağ qalan professor ağır yatralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanada isə bütün tibbi müdaxilələrə baxmayaraq Gökhan Budaq 5 saat sonra dünyasını dəyişib.

Qeyd edək ki, hadisə baş verdiyi anda Gökhan Budaqın həyat yoldaşı, 2 övladı və qaynanası da evdə olublar. Ailəsi polisə verdiyi ifadədə professorun problemi olmadığını, intiharın səbəbini bilmədiklərini deyiblər.

AzNews.az