İŞİD terroçularının üzərindən Azərbaycan pasportu tapılıb + VİDEO

17 Yanvar 2017 10:11 (UTC+04:00)

AzNews.az “haqqin.az”-a istinadən xəbər verir ki, Mosulda ötən ilin oktyabr ayından İŞİD terrorçularına qarşı keçirilən əməliyyat zamanı ələ keçirilən şəxlərdən ikisinin üzərindən Azərbaycan Respublikası vətəndaşına məxsus pasport tapılıb. Bu terrorçuların şəxsiyyəti və sonrakı taleyi barədə açıqlama verilmir. Amma həmin pasportların artıq məhv edilmiş terrorçulara aid olduğu da ehtimal edilir.