Masazırda 16 yaşlı qız dəm qazından zəhərləndi

17 Yanvar 2017 11:17 (UTC+04:00)

Tovuz rayon sakini, 16 yaşlı Mətanət Qasımova dəm qazından zəhərlənib. Mətanət Qasımova Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AzNews.az-a açıqlamasında bildirib ki, Mətanət Qasımova mərkəzə gətiriləndə çoxdan dünyasını dəyişmişdi: “O, xəstəxanaya gətirilən zaman artıq dünyasını dəyişmişdi. Ailə üzvləri fikirləşib ki, bəlkə komada olar, amma biz ona baxış keçirəndə məlum oldu ki, qız evdə dünyasını dəyişib.”

Bahar RÜSTƏMLİ

AzNews.az