Toksikoloji zəhərlənmə halları azalıb - Azərbaycanda

17 Yanvar 2017 11:31 (UTC+04:00)

Səhiyyə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2015-ci ildə 2462 müraciət daxil olmuşdusa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.

Müraciətlərin 32,8%-i lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənmələrin (T36-T50), 21% -i dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% -i yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.