YAP rəsmisi: “Aksiyada jurnalistlərdən başqa heç kim yox idi“

27 Yanvar 2013 11:08 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) gənclərin dünən paytaxtda keçirdiyi etiraz aksiyasına münasibət bildirib.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı SalamNews-a bildirib ki, bunu aksiya deyil, mitinqə bənzər hərəkət adlanıdırıram: "Mən və deputat Siyavuş Novruzov ilə birgə Fantanlar meydanındaydıq. Burada əyinlərinə PRESS yazılmış xüsusi gödəkçələr geyinmiş jurnalistlərdən başqa heç kəsi görmədim.
Hesab edirəm ki, bəzi radikal qüvvələr gəncləri qızışdırıb ortalığa salmaq istəyirlər. Onlara heç kəs dəstək vermir. Partiyalarda çalışan 2-3 nəfər gəncin ortalığa düşməsi ilə aksiya olmaz. Bu, onların köhnə adətidir".

AzNews.az