"Vergilər Nazirliyinə borcum yoxdur"- Xalq artisti

17 Yanvar 2017 12:50 (UTC+04:00)

Vergilər Nazirliyinin sənət adamalrının vergi borcu ilə bağlı hazırladığı siyahıda Xalq artisti Gülyanaq Məmmədova və müğənni Zamiq Hüseynovun vergidən yayındığı qeyd olunub.

Xalq artisti Gülyanaq Məmmədova AzNews.az-a vergidən yayınmadığını bildrib:

“Mənim Vergilər Nazirliyinə borcum yoxdur. Əgər Vergilər Nazirliyi mənim adımı borclu olan müğənnilərin siyahısına salıbsa, bunu onlar açıqlamalıdır. Bizim borcumuq yoxdur.”

Xalq artisti Brilliant Dadaşova da vergi borcunun olmadığını vurğulayıb: “Vergi borcum ödənilib.”

Müğənni Ayaz Qasımov Vergilər nazirliyinə borcu olduğunu, amma tamamiylə ödənildiyini qeyd edib: “Borcumuz vardı, amma indi yoxdur. Çünki borcumuzu ödəmişik.”

Vergilər Nazirliyi vergi borcu olan sənət adamlarının adını açıqlayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az