Dəm qazı 3 can aldı - “Qızım dedi ki, “ay ana, öldüm””

17 Yanvar 2017 12:29 (UTC+04:00)

ARB TV xəbər verir ki, Bakı küçəsində yaşayan 29 yaşlı Lyudmila Məmmədova və bacısı Zenfira Pərvanəliyevalar yaşadıqları evin vanna otağında özlərini piss hiss ediblər və Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Aparılan müayinədən sonra məlum olub ki, bacılar dəm qazından zəhərləniblər. Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.

Pakizə Məmmədova (zərərçəkənlərin anası): "Peçin yanında oturanda gördüm ki, qız deyir “ay ana, öldüm”. Özündən keçindi. Qatıq verdim özünə gəlsin. Gördüm düzələn deyil. Qaçdım o birinin üstünə. Bu o birindən pis idi. Ondan sonra partdamaya düşdülər".

Daha bir dəm qazından zəhərlənmə faktı isə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini 29 yaşlı Məmməd Ələkbərov zəhərlənmə əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Məmməd Ələkbərov da yaşadığı evin vanna otağında olarkən vəziyyəti pisləşib.

AzNews.az