Seks videosu ilə bağlı qalmaqal yaradan məktəb direktoru işdən çıxarıldı - Məsələni prokurorluq araşdırır

17 Yanvar 2017 15:44 (UTC+04:00)

Bunu AzNews.az-a Şəmkir rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov açıqlayıb. Onun sözlərinə görə, Akif Namazov əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə işdən uzaqlaşdırılıb: “Əlavə olaraq iş araşdırılmaq üçün Baş Prokurorluğa təqdim olunub. Təhsil Nazirliyi isə Akif Namazovu təhsildən uzaqlaşdırıb. Məsələdə adı keçən laborant Xatirə Əliyeva ilə bağlı hər hansı məlumat verilməyib."

Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov ilə laborant Xatirə Əliyeva arasında qalmaqal yaşanıb. İşdən çıxarılan müəllimə direktoru rüşvət almaqda, Akif Namazov isə müəlliməni seks videolarına baxmaqda ittiham edib.

Bahar RÜSTƏMLİ

AzNews.az