Ən parlaq asteroid sabah Yerə yaxınlaşır - gözlə görmək mümkün olacaq

17 Yanvar 2017 19:57 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Vesta adlı bu parlaq asteroid sabah Yer kürəsindən 229 milyon kilometr uzaqda olacaq. Onu adi gözlə görmək mümkün olacaq.

Vesta 29 mart 1807-ci il astronom Henrix Vilhelm tərəfindən kəşf edilib. Evi qoruyan qədim roma ilahəsinin şərəfinə Vesta adlandırılıb. Güman edilir ki, Günəş sistemində olan kosmik obyektlərin çoxu Vesta ilə toqquşmadan sonra yaranıb.