AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
İlkin məlumata görə, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla, 4 nəfər xəsarət alıb.
Onlardan üçü Astara Rayon Mərkəzi Xəstəxanasına, biri - Məmmədov Yusif Mirəli oğlu isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.
Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü İbrahimov Bəylər Amil oğlu da xəsarət alıb. O da xəstəxanaya yerləşdirilib.