Bu da Hüseyn Abdullayevin yeni mahnısı - VİDEO

27 Yanvar 2013 14:52 (UTC+04:00)
"Oğuz Eli" İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayevin "Tarixin sınağı" adlı yeni əsəri bu günlərdə internert resurslarında yayınlanıb.

YouTube kanalında yerləşdirilən mahnı artıq sosial şəbəkələrdə də paylaşılıb. Mahnının sözləri Azərbaycanın bu günü ilə həddən artıq səsləşir. H.Abdullayev bu əsərində ölkəmizin üzləşdiyi ağır durumu təsvir edib. Vətənimizin düşdüyü bu durum tarixin sınağı kimi göstərilib. "Tarixin sınağı" əsərini "Şeron" qrupu ifa edir.

Xatırladaq ki, mahnının musiqisi kimi, sözləri də H.Abdullayevə məxsusdur./Qafqazinfo/