Millimizin qapıçısı cəzalandırıldı

18 Yanvar 2017 09:41 (UTC+04:00)

"Report"un məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib.

31 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda "Benfika" ilə keçirilmiş oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirakı səbəb olub.

"Benfika" isə azarkeşlərin priotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə, 6 min avro cərimlənib.

Qeyd edək ki, "Benfika" və "Boavişta" arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.

AzNews.az