88 yaşlı qadının meyiti morqda yoxa çıxdı

18 Yanvar 2017 10:43 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məlumata görə, 88 yaşlı qadının meyiti ekspertiza olunmaq üçün morqa 2016-cı il 6 dekabr tarixində gətirilib. Ertəsi gün, meyit soyuducu kameraya yerləşdirilib. 1 həftə sonra isə qadının qohumları meyiti aparmaq üçün müraciət etsələr də, morqda onu tapa bilməyiblər. Hadisə ilə bağlı səhlənkarlığa görə cinayət işi açılıb.