Corc Buş xəstəxanaya aparıldı

18 Yanvar 2017 11:57 (UTC+04:00)

AzNews.az “KHOU 11” telekanalına istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin nümayəndəsi məlumat verib. Texas ştatında xəstəxanaya yerləşdirilən 92 yaşlı Buşun sağlamlığında hansı problemin yarandığı açıqlanmasa da, həyati təhlükəsi olmadığı bildirilir. Onun bir neçə gün sonra xəstəxanadan çıxarılacağı gözlənilir.

Aydan