Mənzildən 42 yaşlı kişinin meyiti tapıldı

18 Yanvar 2017 14:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:07-də başa çatıb.