36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihar etmək istədi

18 Yanvar 2017 15:09 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki saat qülləsinə çıxıb. Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti Bölüyünün əməkdaşları intiharın qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az