Toxumlardan möhtəşəm sənət əsərləri yaratdı - Video

18 Yanvar 2017 16:20 (UTC+04:00)

AzNews.az ARB TV-yə istinadən xəbər verir ki, o, əl işlərini hazırlamaq üçün bəzi rəngarəng toxumları təbiətdən toplayaraq onları qurudub maraqlı əsərlər yaradır.

Yusif Əliyev (toxumdan əl işləri düzəldən şəxs): "Ardıcıl işləsən 1 əsəri 15-20 günə bitirərsən. Sadə əsərləri isə 8-10 günə".

O, hər hansı əsəri hazırlamamışdan öncə onun kağız üzərində eskizini düzəldir. Yusif Əliyev müxtəlif tullantılardan da maraqlı əl işləri hazırlayıb. Müxtəlif əşyaları toplayaraq onlardan suvenirlər hazırlayır. Onun əl işləri müsabiqələrdə iştirak edərək diplom və mükafatlarla təltif olunub.