82 yaşlı kişi itkin düşdü

18 Yanvar 2017 16:25 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəlil Əliyevin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.

Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkçəsi, başında isə qara papaq olub.

Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15- 85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.