Sabiq polis: MTN-də məni döydülər

18 Yanvar 2017 18:50 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sabiq polis əməkdaşı, zərərçəkmiş Neman Kərimov sualları cavablandırıb.

N. Kərimov istintaq zamanı döyülmədiyini desə də, məhkəmədə döyüldüyünü bildirib. O, ziddiyyəti belə əsaslandırıb: "Mən istintaq zamanı ifadə verəndə maşında döyülmədiyimi demişəm. Nazirlikdə isə məni döyüblər".

N. Kərimov məhkəmədə deyib ki, dayısı gəlib A. Çovdarovla görüşüb və pul verib.

Onun ifadəsinə münasibət bildirən A. Çovdarov N. Kərimovun dayısı ilə tanış olduğunu deyib. Bildirib ki, bir probleminə görə onunla görüşüb söhbət edib, lakin aralarında pul söhbəti olmayıb. Daha sonra iclasda N. Kərimovla birlikdə saxlanılan dayısı oğlu Elvin Mövsümov ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib.

Proses yanvarın 23-də davam edəcək.