2 maşın toqquşdu - 5 nəfər xəsarət aldı - Bakıda

18 Yanvar 2017 19:25 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Xocasən yolunda qeydə alınıb.

“Mercedes” və “Lada” markalı iki minik avtomobilini toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, hazırda baş vermiş qəza hadisəsi ilə bağlı hadisə yerində araşdırma aparılır.