Tramp indidən 2020-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır - Sloqan da seçib

18 Yanvar 2017 20:53 (UTC+04:00)

AzNews.az The Washington Post -a istinadən xəbər verir ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacağını bildirən Tramp seçki kampaniyası üçün yeni sloqan da seçib - “Keep America Great!” ("Amerikanı böyük saxlayaq")

Tramp yeni sloqanı patentləşdirmək üçün vəkilinə göstəriş də verib.

2016-cı ildə keçirilən seçki kampaniyası üçün Make America Great Again ( Amerikanı yenidən böyük edəcəyik) sloqanını seçmişdi. Bu sloqanı isə hələ 2012-ci ildə Mit Romninin seçkilərdə məğlub olmasından sonra adına patentləşdirmişdi.