ŞOK: Ata 5 aylıq qızının burnunu qopardı

28 Yanvar 2013 08:26 (UTC+04:00)


Nəticədə balaca Radxa yemək və içməkdən məhrum olub. Həkimlər uşağın danışmasında da problemin olacağını istisna etmir. Uşağın 36 yaşlı atası isə bu əməlinə görə yaxın zamanda məhkəmə qarşısında cavab verəcək. Onu 10 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər cəza gözləyir.

Polisin məlumatına görə, hadisəni törədən zaman ata sərxoş olub. Arvadının əlinə xına qoyması səbəbi ilə ev işləri ilə məşğul olmadığını görə ata əvvəlcə onu və 3 yaşlı qızını döyüb. Daha sonra səs-küyə oyanan 5 aylıq Radxanı da susdura bilmədikdə onun burnunu və üst dodağını dişləyərək qoparıb.

Hər iki uşaq xəstəxanaya yerləşdirilib. 5 aylıq qızın həyatı üçün təhlükə olmasa da, onu bir neçə plastik cərrahiyyə əməliyyatı gözləyir.

Elnarə Əlosmanqızı
AzNews.az