Qərb Universitetinin tələbələri “Excelsior Hotel & Spa Baku” otelində təcrübə keçəcəklər

19 Yanvar 2017 12:29 (UTC+04:00)

AzNews.az saytı xəbər verir ki, əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycanın ilk özəl ali məktəblərindən biri Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini adı çəkilən otelin departamentlərində keçə biləcəklər.

Tədbirdə Qərb Universitetinin “İqtisadiyyat, marketinq və menecment” kafedrasının müdiri, prof Pərviz Qurbanov, “Riyaziyyat və kompüter texnologiyaları” kafedrasının müdiri. dos. Rəna Hacıyeva, “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz, otelin HR meneceri Kamran Rzayev, AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova və Qərb Universitetinin tələbələri iştirak ediblər. Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” otelin HR meneceri Kamran Rzayev 2000-ci il də Qərb Universitetinin “Beynəlxalq menecment” məzunudur.

Qərb Universiteti 50-dən çox dövlət, özəl həmçinin xarici qurumlar, müəssisələr və təşkilatlarla əməkdaşlıq edərək tələbələr üçün III və IV kursda təcrübə keçmək imkanı yaradır.