67 ölü pişiklə bir evdə yaşayan qadın

28 Yanvar 2013 08:49 (UTC+04:00)


Polis İren Van Daykın evinə baxış keçirəndə oradan polietilen torbalara bükülü, soyuducuda saxlanılan 67 pişik cəsədi aşkarlayıb. Diri pişiklər isə evdə onlar üçün hazırlanmış qəfəsdə saxlanılıb.

Evdə baş verənlər barədə polisə qadının qonşuları xəbər verib. Qonşular evdən pis qoxuların gəldiyi barədə polisə şikayətləndikdən sonra evdə axtarış aparılıb.
Van Dayk pişikərə olan məhəbbətinin 2010-cu ildə həyat yoldaşını itirdikdən sonra yarandığını bildirib.

Hazırda ekspertiza pişiklərin ölüm səbəbini araşdırır.

Elnarə
AzNews.az