İranda 17 mərtəbəli bina yanaraq çökdü - 30 nəfər öldü + Fotolar + Video

19 Yanvar 2017 14:18 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, plastik və toxuculuq emalatxanalarının fəaliyyət göstərdiyi bina çökdükdən sonra 30 yanğınsöndürən ölüb. 100-ə yaxın insanın binanın altında qaldığı deyilir.

Təhlükəsizlik baxımından binanın yaxınlığında yerləşən Türkiyənin Tehrandakı səfirliyinin binası boşaldılıb, əməkdaşlar təxliyə edilib. Məlumatda bildirilir ki, səfirliyin binasına ziyan dəyməyib.

Çökən bina 1962-ci ildə inşa olunub. Tehranın ən qədim binalarından hesab olunur.