Qarabağ münaqişəsi zamanı itkin düşənlərin 62-si uşaqdır

19 Yanvar 2017 15:00 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov "Qətl edilmiş uşaqlar" kitabının təqdimatında deyib.

İ. Axundov 29 uşağın Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və aidiyyəti beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılması barədə şahid ifadələrinin mövcud olduğunu bildirib. O qeyd edib ki, indiyə qədər azad edilənlərdən 210 nəfəri uşaq olub.