Rüstəm İbrahimbəyov Moskvada bir qrup mühacirlə görüşüb

28 Yanvar 2013 08:59 (UTC+04:00)
Mühacir azərbaycanlıların yaratdığı Haqq və Ədalət Hərəkatının üzvləri Moskvada yazıçı və ictimai xadim Rüstəm İbrahimbəyovla görüş keçirib. Görüşdə hərəkatın Rusiya təmsilçiləri və Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu iştirak edib.

"Media forum" saytına verilən məlumata görə, görüşdə sıx əməkdaşlıq, demokratiyanın qələbəsi uğrunda birgə mübarizə haqqında qərar qəbul olunub.

AzNews.az