"Bu problem niyə həll olunmur?"- Tolik “Azərişıq”a səsləndi

19 Yanvar 2017 17:27 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında bildirib ki, yaşadağı Xırdalan şəhəri, Heydər Əliyev prospektinin 240 ünvanında gün ərzində işıqlar 3 dəfə sönür: “Bir günün işində 3 dəfə işıq sönə bilməz. Bütün Xırdalan bu gündədir, belə olmaz. İşıq pulu borcum yox, işığım niyə sönməlidir? 5 manat borc olan kimi “Azərışıq” işıqları kəsir.”

Tolik bunun səbəbini “Azərişıq”ın kabellərinin keyfiyyətsiz olmasında görür: “Bu problem niyə həll olunmur?”

O, məsələ ilə bağlı “Azərişıq” ASC-yə müraciət etmədiyini qeyd edib:

“Mən ictimai şəxsəm, nə yazıramsa buna da cavabdehəm.”

Bahar RÜSTƏMLİ

AzNews.az