"Heydər" məscidində 20 Yanvar şəhidləri anılacaq

19 Yanvar 2017 18:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, məscidin axundu Rüfət Qarayevin sözlərinə görə, yanvarın 20-də məsciddə qılınacaq cümə namazında şəhidlərin ruhuna dualar oxunacaq: "Namazdan sonra şəhidlik haqqında, eləcə də 20 Yanvar şəhidləri ilə bağlı məlumatlar veriləcək, islamda şəhidlik zirvəsinin hansı yerə sahib olduğu barədə ətraflı bəhs olunacaq, xütbə oxunacaq".