Göyçayda anbar yandı

20 Yanvar 2017 09:01 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 600 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və içərisində 20 m² sahəyə yığılmış suvarma şlanqları yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.