15-dən çox jurnalist həbs olunub

28 Yanvar 2013 09:35 (UTC+04:00)



İslahatçılara yaxın olan müxalifətyönlü nəşrlər, ILNA agentliyi, "Etimad", "Şarq Bahar", "Arman", "Şarq" və "Aseman" dərgisində çalışan jurnalistlər həbs olunub.
"Mehr News"un məlumatına görə, jurnalistlər İranın məhkəmə sistemi tərəfindən verilən order əsasında həbs ediliblər.
"Etimad" qəzeti, eləcə də digər nəşrlərin redaksiyaları əməkdaşlarının həbs edildiklərini təsdiqləyiblər.

Fars agentliyinin məlumatına görə, həbs olunanlar Qərb KİV-i ilə əməkdaşlıqda günahlandırılırlar və tezliklə prokurorluq bu məsələ ilə bağlı bəyanat verəcək.

Ötən həftə İranın məhkəmə sisteminin nümayəndəsi Qulam Hüseyn Möhsüni Ejeyi bildirib ki, etibarlı mənbələrin məlumatına görə, ölkənin yerli kütləvi informasiya vasitələrində işləyən jurnalistlər Qərbin xəbər mənbələrində də çalışırlar.

AzNews.az