Saatlıda 3 otaqlı ev yandı

20 Yanvar 2017 09:37 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin iki otağının tavanı 40 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.