“Aİ ilə danışıqlar üçün nümayəndə heyəti formalaşdırılır”

20 Yanvar 2017 11:33 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşma prosesinin davam etdiyini bildirib.

Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların da davam etdiyini və Cenevrədə ilin birinci yarısında növbəti görüşün keçirilə biləcəyini söyləyib.