Depardye Rüstəm İbrahimbəyovla əməkdaşlıq edəcək

28 Yanvar 2013 09:40 (UTC+04:00)
Məşhur fransız aktyoru, hazırda Rusiyada yaşayan Jerar Depadye Azərbaycanın görkəmli kino xadimi və dramaturqu Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən filmdə baş rolu oynayacaq. Bu barədə Minval.az Moldovada fəaliyyət göstərən saytlara istinadən yazıb.

Moldovanın Kinematoqrafçılar İttifaqının direktoru Yevgeni Sobor bildirib ki, İbrahimbəyovun təqdim etdiyi ssenaridə söhbət Moldovada çalışmaq istəyən əcnəbi şərabçının həyatını əks etdirir.

Onun sözlərinə görə, azərbaycanlı dramaturq ötən il bu məqsədlə Moldovada olub, şərab zirzəmilərinə baxıb və çoxdan bu zirzəmilərdə film çəkmək istədiyini bildirib: "Onun ssenarisi xoşumuza gəldi və hazırda investor axtarırıq. İki milyon dollar pul lazımdır. Əgər ilin sonuna qədər vəsait tapmasaq, şansımızı qaçıracağıq".

Sobor bildirib ki, filmi Sergey Prodan çəkəcək və rollarda moldovalı aktyorlar da oynayacaq.

AzNews.az