İmişlidə iki avtomobil toqquşdu - 85 yaşlı kişi öldü

20 Yanvar 2017 12:50 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzində "VAZ" markalı, 15 BB 387 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Əbülfət İsməli oğlinun idarə etdiyi" DAEWO" markalı, 30 BH 109 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişin, ağır bədən xəsarətləri alan 1932-ci il təvəllüdlü rayon sakini Şahbazov Nəriman Sədi oğlu ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.