Misirdə hərbi vəziyyət elan edildi

28 Yanvar 2013 09:43 (UTC+04:00)
Məhəmməd Mursinin son günlərdə cərəyan edən gərgin vəziyyətə dair çıxışı ölkə telekanalları vasitəsilə canlı yayımlanıb.

Misir lideri bir neçə gündür fasiləsiz davam edən özbaşınalığın baş qaldırdığı Port-Səid, Süveyş və İsmailiyə şəhərlərində 30 günlük fövqəladə vəziyyət elan edib. Mursi bəyan edib ki, o bu addımı vətəndaşların həyatını qorumaq, təhlükəsizliyini təmin etmək və həmçinin qanunu pozanların qarşısını almaq üçün verib.

Qeyd edək ki, sözü gedən şəhərlərdə komendant saatı axşam 9-dan səhər 6-dək qüvvədə olacaq. Məlumat üçün bildirək ki, artıq 3 gündür Misir şəhərlərində etirazçı kütlə ilə təhlükəsizlik əməkdaşları arasında ixtişaşlar səngimir. Aksiyaçılar "Konstitusiyanın ləğvi" və "rejimin devrilməsi" kimi şüarlarla cixiş edir. Bazar günü yaxınlarını dəfn edən nümayişçilər yenidən küçələrə axışıblar.

Bütövlükdə 3 gün davam edən xaos zamanı ölənlərin sayı 50-yə çatıb.