Sumqayıtın şəhidlər xiyabanında dəfn olunan ilk şəhid - Video

20 Yanvar 2017 15:47 (UTC+04:00)

ARB 24 xəbər verir ki, 1992-ci il fevralın 4-də cəbhədə həlak olan Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir.

O, şəhərdə fəaliyyət göstərən tarix muzeyinin əməkdaşı olub. Bir vaxtlar çalışdığı muzeydə indi Rəhmanın və onun kimi şəhidlik zirvəsinə ucalan silahdaşlarının şəxsi əşyaları qorunub saxlanılır. Şəhidlərin xatirəsini əbədləşdirmək üçün yaradılan qalereya gənc nəslin qəhrəmanlarımızı daha yaxından tanımasına kömək edir. Onlar doğma Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Adını o ali zirvəyə yazdıran hər bir şəhidimizin həyatı, qəhrəmanlığı, yurd sevgisi bizim üçün əzizdir, eyni zamanda da əvəzolunmaz vətənpərvərlik nümunəsidir.

AzNews.az