Seyfdən xeyli miqdarda pul oğurlandı

20 Yanvar 2017 16:30 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Məhərrəm Süleymanova məxsus Salamzadə küçəsi 38 A ünvanında yerləşən KMSL Məhdud Məsuliyyəti Cəmiyyətə məxsus ofisin pəncərəsinin şüşələrini sıdıraraq içəri daxil olublar. Oradakı seyfdən açar seçmə yolu ilə 1 000 manat və 1 000 ABŞ dolları pul oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az