Suriyada İŞİD-in hücumu nəticəsində 5 türk əsgəri şəhid oldu

20 Yanvar 2017 18:18 (UTC+04:00)

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, Suriya sərhədinin terroristlərdən təmizlənərək təhlükəsizliyin bərpa edilməsi üçün ötən ilin avqustundan hərbi əməliyyatlar keçirən Fırat Qalxanı hərəkatı bu gün İŞİD-in hücumuna məruz qalıb.

Türk Silahlı qüvvələrinin yaydığı məlumata görə, 5 türk əsgəri şəhid olub, 9 əsgər yaralanıb.