“Mən terrora birdəfəlik son qoyacam” - Tramp

20 Yanvar 2017 22:34 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.

“ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”, deyə D.Tramp bildirib.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

Tramp qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikiləcəyini, ölkədən kriminal keçmişli insanların deportasiya olunacağı barədə məlumatı təsdiqləyib.

“Boş söhbətlərin vaxtı keçib, real işlər görmək dövrü başlayır. Dəyişikliklər bu andan başlayır. Bu anlar Amerika xalqınındır. Bu sizin gününüz və bayramınızdır. Bu ölkə sizə məxsusdur. 20 yanvar 2017-ci il tarixi ölkəyə insanların idarə etməyə başlandığı gün kimi düşəcək”, deyə D.Tramp bildirib.