Messidən növbəti rekord

28 Yanvar 2013 09:58 (UTC+04:00)



Messi İspaniya çempionatında ardıcıl 11 oyunda qol vuran ilk futbolçudur.

Dünən ölkə çempionatının son turunda katalonlar "Osasuna"ya 5:1 hesabı ilə qalib gəliblər. Messi bu oyunda poker edib.
Beləliklə argentinalının İspaniya çempionatında vurduğu qolların sayı 201-ə çatıb.
Qeyd edək ki, Messi komandasının "Osasuna"ya qarşı keçirdiyi 14 oyunun 13-də meydandan qolla ayrılıb.

AzNews.az