Bakıda 3 otaqlı ev yandı

21 Yanvar 2017 09:17 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında məişət əşyaları yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.