Bakıda bankomatdan oğurluq - 40 min manat

21 Yanvar 2017 10:15 (UTC+04:00)

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb.

Naməlum şəxslər “Kapital Bank”a məxsus bankomatın arxasını kəsərək 40 min manat aparıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.